MDB liderlərinin qeyri-rəsmi görüşü başlayıb – Moskvada

MDB liderlərinin qeyri-rəsmi görüşü başlayıb – Moskvada
print
Rusiya paytaxtında MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

Görüş Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilir.
Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq. (APA)
*** 
Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın dövlət başçıları da iştirak edəcək. Görüş Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.
Sammitdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunlarının müzakirə edilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılır. (Report)