Polat Alemdar “Kurtlar Vadisi”nin efirə dönəcəyi tarixi açıqladı – VİDEO

Polat Alemdar “Kurtlar Vadisi”nin efirə dönəcəyi tarixi açıqladı – VİDEO
print
“Kurtlar Vadisi” serialı evirlərə qayıdır.  
Bu barədə “PanaFilm”in sahibi, “Polat Alemdar” rolunun ifaçısı Necati Şaşmaz açıqlama verib.
Konyada bir tədbirə qatılan aktyor Anadolo Agentliyinə açıqlamasında serialın 2018-ci ildə “Kurtlar Vadisi Xaos” adı ilə yayımlanacağını bildirib: “Ssenarini bitirmişik. Təxminən fevral ayından yayımlamağa başlayacağıq”.
Necati Şaşmaz serialın hansı kanalda yayımlanacağını açıqlamayıb: “Yaxın zamanda fraqmentlər efirə gedəcək. O zaman hansı kanalla yayımlayacağımız bilinəcək”.
“Xaos idarəçiliyi” deyə ideologiya var. Bu iedeologiyada hədəf dünyanı xaosla yönləndirib, xaosla idarə etməkdir. Biz də xaos idarəçiliyindən necə çıxa bilərik, nələr edə bilirik? deyə anlatmağa çalışacağıq. Qlobal anlamda Myanmardan Əfqanıstana, Makedoniyadan Amerikaya qədər uzanan hekayələr olacaq” deyə Necati Şaşmaz bildirib.
“Polat Alemdar” bildirib ki, bir hərbi serial layihələrinin də olduğunu bildirib: “İnşallah onunla bağlı da yaxın zamanlarda açıqlamalarımız olacaq”. (Qaynarinfo)