Acun və Hadisə bu görüntülərə görə tənqid olundu

Acun və Hadisə bu görüntülərə görə tənqid olundu

Türkiyə Televiziya Şurası (RTÜK) bir sıra musiqi kanallarının (Power Türk, Dream Türk, Viva, Kral Pop), o cümlədən “TV 8”in rəhbəri Acun İlıcalını cəzalandırıb.

“Posta”ya istinadən xəbər verilir ki, buna səbəb “TV 8”də yayımlanan “Yetenek Sizsiniz” proqramında şort geyinən 7-11 yaş arasında olan uşaqlarla bağlı görüntülərin, digər kanallarda isə Hadisənin “Sıfır Tolerans” klipinin axşam saat 11:00-dan tez yayımlanmasıdır.

Kanallarda uşaq və gənclərin fiziki, əxlaqı inkişafına zərər verəcək hərəkətlərə yol verildiyi iddia edilib.

Bu səbəbdən kanallara reklam gəlirinin yüzdə iki faizinə bərabər olan pul cəzası tətbiq edilib. Bu is təxminən bir milyon lirə dəyərindədir.

Qeyd edək ki, həmin kanallarda yayımlanan görüntülər hakim partiya AKP-nin iclasında mövzuya çevrilmiş, Acun İlıcalı, eləcə də, klipində açıq-saçıqlığa yol verən Hadisə ciddi şəkildə tənqid olunmuşdu. (Axşam.az)

Print Friendly, PDF & Email