Azərbaycan ordusunun əsgəri şəhid oldu

Azərbaycan ordusunun əsgəri şəhid oldu
print
Azərbaycan Ordusu şəhid verib.

Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!