Türk tankları Suriyanın Afrin bölgəsinə girdi

Türk tankları Suriyanın Afrin bölgəsinə girdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) Quru Qoşunları Suriyanın Afrin bölgəsində əməliyyata başlayıb.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən 72 təyyarənin 108 hədəfi bombalamasından sonra, əməliyyat bu gün qurudan davam etdirilir.

Məlumata görə, Xüsusi Təyinatlı Qüvvələrin komandoları iki istiqamətdən sərhədi keçərək Afrinə yönəlib. Tanklar və digər zirehli texnikalar da hərəkətə keçib. (Qafqazinfo)

Haberturk-un verdiyi məlumata görə, türk hərbçilərindən bir yaralı belə yoxdur. Quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.