Müdafiə Nazirliyi: Ermənilərin hər yerdə gözünə Azərbaycan əsgəri görünür

Müdafiə Nazirliyi: Ermənilərin hər yerdə gözünə Azərbaycan əsgəri görünür
print
Azərbaycan Müdafiə Nazirliyi ordumuzun itkilər verməsi ilə bağlı Ermənistan tərəfinin iddialarına cavab verib.

Nazirlikdən daxil olan məlumatda bildirilir ki, Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur:

“Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar”.