Yağış, sulu qar, qar yağacaq – sinoptiklərdən xəbərdarlıq

Yağış, sulu qar, qar yağacaq – sinoptiklərdən xəbərdarlıq

Sinoptiklər Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi və əlverişsiz olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3°-dək aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 26-27-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda müşahidə ediləcək yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.