Damla yeni klipini təqdim etdi – VİDEO

Damla yeni klipini təqdim etdi – VİDEO

Müğənni Damla bu gün “Fırtına” adlı yeni klipini təqdim edib.

Rejissor Deli Oruclunun çəkdiyi bu klip şəhidlərin ruhuna həsr olunub. Klip təqdim olunarkən müğənni Damla göz yaşlarını saxlaya bilməyib:

“Çoxları bilir ki, mən vətənpərvər insanam. Baxmayaraq ki, xanımam. Bundan öncə də klip təqdim etmişdim, amma ağlamamışdım. Bu klipin son kadrları, xüsusən də əsgərimizin döyüşərkən həlak olması epizodu məni ağlatdı. Bizim gözü yaşlı analarımız, bacılarımız var. Elə əsgərlərimiz şəhid olub ki, barmaqlarında nişan üzüyü olub. Heç nədən qorxmayaraq, bu klipi çəkdirib, təqdim etdim”.

https://www.youtube.com/watch?v=_Ent9RliVmM

Damla klipin təqdimatı zamanı bir vaxtlar Rusiyadan deport olunduğunu xatırladıb və bu məsələyə aydınlıq gətirib:

“Bu, xüsusi sifariş əsasında olub. Lakin Kan Abdullayev bu işdə mənə yaxından köməklik etdi və məsələ bir ayın içində həll olundu. Artıq deport aradan qaldırılıb və mən yenidən Rusiyada konsertlərdə iştirak edəcəm”.

Qeyd edək ki, Kan Abdullayev müğənninin yenicə təqdim etdiyi “Fırtına” klipində şəhid obrazını canlandırıb. (Musavat.com)