Yazıçı Azər Abdulla ilə görüş keçirildi – FOTO

Yazıçı Azər Abdulla ilə görüş keçirildi – FOTO
print
Fevralın 2-si yazıçı Azər Abdulla ilə görüş keçirilib.

“İzimiz işğaldakı torpaqlarda itən milli-mənəvi dəyərlərin araşdırılması və tanıdılması” İctimai Birliyinin rəhbəri Ayişə Nəbi çıxışı zamanı Azər Abdulla yaradıcılığına müraciət etdiyini bildirib. O, yazarın istedadlı olmasına baxmayaraq, oxucu diqqətindən kənarda qaldığını qeyd edib. Birliyin sədri əlavə edib ki, bu qəbildən olan tədbirləri keçirməkdə məqsəd istedadlı, lakin az tanınan yazar, şair, alim, ziyalı və sənət adamlarını xalqla tanış etməkdir.

Görüşdə həmçinin “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli, yazarın qələm dostları Xanəmir Telmanoğlu, Babək Göyüş, Ayişə Nəbi, Əhməd Qəşəmoğlu, Xan Rəsuloğlu, İbrahim Abdullah çıxış ediblər. Yazıçı ilə görüşə gələn, onun yaradıcılığına maraq göstərən oxucular da yazarın yaradıcılığının digər məqamlarına toxunub, illərdir hamıya gizli qalan rəssamlığından danışıblar. Daha sonra yazıçının yaradıcılığını əks elətdirən videoçarx nümayiş olunub.

Keçən əsrin 60-cı illərinin ən maraqlı və istedadlı yazarlarından biri olan Azər Abdullanın etiraf edib ki, bu görüş 78 illik həyatı və 50 ildən çox yaradıcı zaman kəsimində onun yaradıcılığına həsr olunmuş ilk tədbirdir.

Sonda yazıçı ona ünvanlanan sualları cavablandırıb, şeirlərini oxucuları ilə bölüşüb. (Metbuat.az)