Afrində türk helikopteri vuruldu: 2 pilot şəhid oldu

Afrində türk helikopteri vuruldu: 2 pilot şəhid oldu
Bu gün Suriyanın Afrin şəhərində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.
Türkiyə mediasına istinadən xəbər verilir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul Bölgə Rəhbərliyi Məsləhət və Dəyərləndirmə tədbirindəki çıxışında məlumat verib.
“Az əvvəl bir helikopterimiz vurulub. Bunun cavabını verəcəklər. Bütün bunlar baş verəcək, müharibədəyik, itkimiz  olacaq. Çox sayda raket anbarlarını məhv etmişik. Bir helikopterimiz gedəcək, amma qarşılığını verəcəyik” deyə prezident bildirib.
Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, helikopterdəki hər iki pilot şəhid olub. (Qaynarinfo)