Moskvada 71 nəfərin olduğu təyyarə qəzaya uğradı: sağ qalan yoxdur

Moskvada 71 nəfərin olduğu təyyarə qəzaya uğradı: sağ qalan yoxdur
print
Qəzaya uğrayan təyyarənin qalıqları tapılıb.
TACC agentliyinə istinadən xəbər verilir ki, “An-148” təyyarəsində sağ qalanlar yoxdur.
16.35
Rusiyaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Moskva Domodedovo hava limanından qalxan və içində 71 nəfərin olduğu Saratov hava yollarına məxsus “An-148” təyyarəsi radarlardan itib.
Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb. Hadisə şahidləri “An-148″in yana-yana yerə endiyini bildiriblər. Təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü var.
Təyyarənin qalıqları səmadan Moskva ətrafında – Ramensk rayonunun Arqunovo kəndi ərazisində aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar. (Sputnik)