İlqar Tahirov: Bu dərdlərə dözürsənsə, döz indi

İlqar Tahirov: Bu dərdlərə dözürsənsə, döz indi
print
Döz indi

şeir

Elim pərən-pərən olub, bölünübdü ellərə,
Yurdum, obam qalır, sinə gərir sellərə.

Aşığı yox, məclisi yox, nələr deyim var indi?

Bu əzaba dözə bilirsənsə, döz indi.

Ahu-zarım o zamandan qalxıb göylərə,
Həsrət dolu baxışlarım tuş olubdu yellərə,

Səs-səmirim yayılıbdı yad olan ellərə

Gücün çatırsa, bu dövrana döz indi.

Gədalara məkan oldu doğma yuvamız
Alçaqlara meydan oldu ata yurdumuz
Nə eyləyək ki, fars, rus oldu düşmənimiz?
Dığaların ədasına dözürsənsə, döz indi.

Mən İlqaram, ilqarımdan dönmərəm,
Vətən üçün alışaram, sönmərəm,
Qorxuram ki, mən oralara dönmərəm.
Ay İlqar, bu dərdlərə dözürsənsə, döz indi.

İlqar Tahirov