Mixail Saakaşvili Polşaya deportasiya edildi

Mixail Saakaşvili Polşaya deportasiya edildi
print
Ukrayna Dövlət Sərhəd Xidməti Mixail Saakaşvilinin bundan öncə qaldığı ölkəyə – Polşaya göndərilməsi xəbərini təsdiqləyib.
Bu barədə qurumun başçısının müşaviri Oleq Slobodyan “Facebook” profilində yazıb.
19.00
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbs olunub.
Siyasətçi Ukraynanın paytaxtı Kiyev restoranında saxlanılıb.
Bu barədə məlumat verən Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko “Elə indicə onu naməlum şəxslər Kiyevdə yerləşən “Suluquni restoranından oğurlayıb aparıb” deyib.
Saakaşvilini maskalı şəxslər saxlayıb və naməlum istiqamətə aparıb. (Qaynarinfo)