Rusiyadan Qarabağla bağlı növbəti – Açıqlama

Rusiyadan Qarabağla bağlı növbəti – Açıqlama

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflər arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın bu il keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə görəcəyi işlərlə bağlı suala cavabında bildirib.

“Ümid var ki, bu münaqişə həllini tapacaq. Hamı bilir ki, biz bu məsələyə diqqət ayırırıq. Xüsusilə tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik”, – deyə M. Zaxarova vurğulayıb. (Qafqazinfo)