Azərbaycanın “Eurovision” mahnı və klipi bu tarixdə yayımlanacaq

Azərbaycanın “Eurovision” mahnı və klipi bu tarixdə yayımlanacaq

Azərbaycanı “Eurovision” mahnı yarışmasında təmsil edəcək Aysel Məmmədovanın musiqi və klipinin təqdimat tarixi məlum olub.

Yunanıstanın paytaxtı Afına şəhərində lentə alınan klip martın 4-də təqdim ediləcək.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.