Maraqlı qadağa: Messinin evinin üzərindən təyyarə uça bilməz

Maraqlı qadağa: Messinin evinin üzərindən təyyarə uça bilməz

“Barselona”da rekordları alt-üst edən dünya futbolunun superulduzu Lionel Messi haqda maraqlı məlumat yayılıb.

“Marca” qəzetinə danışan “Vueling” hava yolları şirkətinin prezidenti Xavyer Sançes Prieto təyyarələrin Lionel Messinin evinin üzərindən keçməsinin qadağan olduğunu açıqlayıb:

“Təyyarələr Messinin yaşadığı evin üzərindən keçmir. Çünki bu, qadağan olunub. Belə qadağa dünyanın heç bir yerində yoxdur”. (Qafqazinfo)