Trampın açıqlaması 500 zəngin insanın 128 milyard itirməsilə nəticələndi

Trampın açıqlaması 500 zəngin insanın 128 milyard itirməsilə nəticələndi

Dünyanın ən zəngin 500 insanı bu həftənin əvvəlindən bəri 128 milyard dollar itirib.

Buna səbəb ABŞ birja bazarlarında qiymətlərin düşməsi olub. Bu barədə Bloomberg saytı yazıb. 

Birja bazarlarında qiymətlərin düşməsindən ən çox amerikalı milyarderlər zərər çəkib. Onlar ümumlikdə 55 milyard dollar itiriblər.

“Berkshire Hathaway”  investisiya fondunun rəhbəri Uorren Baffetin sərvəti fevralın 26-dan bəri 3,74 milyard dollar azalıb, “Facebook”un yaradıcısı Mark Zukerberq 3,72 milyard, “Alphabet” şirkətinin rəhbərləri Larri Peyc və Sergey Brin 3,1 və 3 milyard dollar itiriblər.

“İnditex” və “Zara”nın sahibi Amansio Orteqo isə 2,5 milyard dollarından olub.

Fond səhmləri prezident Donald Trampın polad və alüminiuma yeni tariflər tətbiq ediləcəyi ilə bağlı bəyanatından sonra dəyərdən düşməyə başlayıb. (Qafqazinfo)