Kişi xəyanəti, yoxsa qovuşa bilmədiyi qadını hər qadında axtarma duyğusu…

Kişi xəyanəti, yoxsa qovuşa bilmədiyi qadını hər qadında axtarma duyğusu…
print
Yazıma başlamazdan öncə Azərbaycan genofondunun yaşaması uğrunda mücadilə aparan əsl kişi qeyrətli, fədakar az saylı qadın-qızlarımız qarşısında baş əyirəm! Ona görə də gətirdiyim həyat nümunələrindən, bildirəcəyim fikirlərdən inciməyin. Həmçinin, bu yazımda seksoqolik, xalerik tipli; puluna, vəzifəsinə arxalanaraq, gününü eyş-işrətdə keçirən “kişilərin” əməllərinə haqq qazandırmıram. Yazım bir qadında itirdiyi məhəbbəti hər bir qadında axtaran miskin kişilərə ittihaf olunur.

Biz kişiləri qadınlar (istisnalar var) hər zaman gözüdoymaz, qadınbaz, xəyanətkar, heyvani şəhvət üçün yaşayan və s. bu kimi qulaqlara qığılcım saçaraq beyinlərdə nifrət hisləri oyadan sözlərlə çağırır, hətta ittiham edirlər. Amma bu cür tənqid-təhqirlərin, ittihamların nədən qaynaqlandığını heç vaxt düşünərək anlamaq istəmirlər.

Məsələ burasındadı ki, kişilərin həyatında iki qadın hər zaman iz qoyur – ANASI və QOVUŞA BİLMƏDİYİ QADIN… Birinci hardasa bioloji-instinktiv ana qayğısına bağlansa da, ikinci həm bioloji, həm cinsi, həm də, ruhi bağlantıya əsaslanır. Ruhi bağlantı isə bütün hisslərin Allahıdı! Kim nə deyirsə desin, bu hislər kişilərdə daha güclü, həssas, birtərəflidi, ən əsası yalnız bir qadına məxsusdu!

Qadınlar ilk kişisini, kişilər isə bağlandığı qadını unutmaz! Burda sevgidən söhbət gedə bilməz, çünki sevgi bir anlıqdı, həmçinin bir qrup sosioloq, psixoloq, sekspotoloqların yekdil rəyinə görə sevgi ilə seks eyni şeydi, yəni sevginin praktikası yataqda baş verir. Sadəcə ədəbiyyatçılar, incəsənət xadimləri seksi dramlaşdırmaq üçün sevgi ideyologiyasını genişləndirdilər. İmperialist Qərb teoretiklər isə, bunu “azad sevgi-seks” şüarları ilə təbliğat apararaq, XXI əsrin ən böyük sosial viruslarından birinə çevirdilər. Ondan başqa sevgi belə tükənəndi, çünki onun mənbəyində bioloji şəhvət böyük yer tutur. Qısası sevgidə seks də əkizlər kimidi: baxışlarla başlayır, yataqda bitir! Yəni ehtiyaclar ödəndikdə öz təsirini itirir…

Evliliklərin 99%-i, təklik qorxusundan, övlad dünyaya gətirmək zərurəti, məişət qayğıları, valideynlərin diqtəsi (xüsusəndə bizlərdə), şəhvət ehtiyaclarının ödənilməsi (dominantlıq edir), el qınağı (xüsusən də bizdə), karyera və s. bu kimi səbəblərdən doğur. Yerdə qalan 1% isə bağlantı, “sevgi” dominatlığı üzərində qurulsa da, bu bir faizin 90%  izdidacı xəyanət, boşanma ilə nəticələnir. Etirafları da belə olur, “bir-birimizdən soyuduq” və ya “bizi yataqdan başqa birləşdirəcək bir şey yoxdu”. Yerdə qalan əsl ruhən bağlanaraq evli olanlara bu əbədi xöşbəxtlik nəsib olmayaraq, yuxu xöşbəxtliyinə çevrilir. Belə ki, ya xəstəlik onların arasına girərək birini yatağa, digərini xidmətçiyə çevirir, ya da onlardan biri vaxtsız dünyadan köçərək, həyatda qalanı ömürlük əzab çəkən,  yaralı edir. Bu cür sonluq, Tanrının bizə verdiyi alın yazısıdımı, yoxsa qarşılıqlı bağlanaraq bir-birini istəyənlərin digər sevgililər kimi adiləşməməsi və ya onlardan daim fərqlənərək müqəddəs qalmaları üçün baş verən bir mistik prossesdimi?.. Bu suala dünya durduqca biz cavab tapa bilməyəcəyik… Bu sarıdan kişilərin bəxti heç gətirməyib. Əlavə olaraq onu xüsusi qeyd etməliyik ki, kişilərin əksəriyyəti ruhən bağlandığı qadını evlənmədən itirər… Onların qarşısında dayanan birinci əngəl valideyn (xüsusəndə analar) dominantlığı, ardınca sinfi mənsubiyyət, “seçilmiş zata” mənsubluluq, hansı bölgədən olmaq, hansı dini təriqətə mənsubluq, madiyyat və digər baryerlər qoyulur. Mən kişiləri xüsusi ona görə vurğulayıram ki, bu tip baryerlər nəticəsində ən böyük psixoloji-mənəvi zərbələr zərifcinslərə deyil, kişilərə dəyir. Nəticədə iradəcə zəiflər özünə qəsd edir, iradəcə güclülər özlərində hər hansı güc taparaq karyera, iş, vəzifə, zənginlik, imtiyaz, övlad sahib olmaq, və s. şeylərlə o boşluğu “kompensasiya” edir. Əslində isə hər gün özünü aldadır. Necə ki, optimizimdən dəm vuran “optimistlər” kütlə içində seçilmək, mənəviyyatı olmayan stereotiplərin bu qüsurlarını madiyyatla doldurmaqla özlərini aldadaraq, kənardan necə iyrənc görsəndikləri nəzərlərdən heç vaxt qaçmayan kimi… Amma bu son deyil, beləki, bəziləri, psixoloji olaraq asseksualistə çevrilərək qadınlardan ümmumiyyətlə soyuyur, bəzilərin soyuqluğu homoseksuallıqla nəticələnir, bir qruplar həyatlarına qadınlar alaraq, onlarla yatıb qisas alır, digərləri itirlmiş bağlantısını hər bir qadında axtarır, nəticədə seksual narkomana çevrilir, digərləri (belələri az rast gəlinənlərdi) isə bu itirdikləri sayəsində məşhur şəxslərə – müğəniyə, yazıçıya, aktyora, rəssama, iş adamına, siyasətçiyə, diktatora çevrilirlər. Onlarla belə şəxsləri misal gətirmək olar.

 

Məsələn: Adolf Hitlerin bacısı qızı Helli Raubala bağlanaraq aşiq olması, sonuncunun özünə qəsd etməsi Hitlerin qadınlardan soyumasına gətirib çıxardı.

Təbii ki, çoxları qarşıma nümunə olaraq qoyacaqlar ki, bəs Yeva Braun? Bəli Yeva Braun böyük fürerin mənşuqəsi idi, lakin o da bədbəxt idi. Çünki, Hitlerə fanatikcəsinə bağlansa da, bu bağlantı qarşılıqsız idi. Hitler ondan xoşlanırdı, birgə vaxt keçirirdi, himayədarlıq, hətta intim yaxınlıq da edirdi, amma Helli Raubala olan hislərinin 1%-i belə Yevaya duymurdu.

Yevanın da böyüklüyü o idi ki, Hitlerin fürer tituluna, var-dövlətinə zərrə qədər də olsun gözü yox idi, ona həm safcasına, həm də fanatikcəsinə bağlanaraq aşiq olmuşdu. Buna bariz nümunə kimi Hitlerə görə özünə 2 dəfə sui-qəsd etməsini (xöşbəxtlikdən sağ qalması), müharibənin müqəddəratı artıq həll olunduğu zaman, təhlükəsiz malikanəsini tərk edərək,  gəncliyini, gələcək həyatını fəda edərək, qarşılıqsız bağlandığı Hitlerlə öləcəyini bildirməsini göstərmək olar. Sonda Yeva Hitleri məğlub etməyi bacardı. Nəticədə Hitler 16 illik mənşuqəsinin fədakarlığına, sadiqliyinə, ona duyduğu bağlantısına heyran qalaraq evləndi. Bu evlilik cəmi 36 saat sürsə də, Yeva üçün havadan-sudan da müqəddəs idi. O, bir qadın kimi xöşbəxtliyin zirvəsini dada bildi.

 

Digər bir misal SSRİ Xalq Artisti Frunzik Mkırtıçyanın bədbəxt eşqini misal gətirmək olar. O gəncliyində Culiya adında bir qıza dəlicəsinə bağlansa da, qızın qardaşlarının təkidi, hədəsi ilə Culiya hələ məşhur olmayan Frunzikdən uzaqlaşaraq, başqasına ərə gedir. Nəticədə “Romeosuna” əbədi depresiya bəxş edir. Bu depresiya Frunziki həm keçmiş ittifaqda, həm də dünyada məşhur aktyora çevrirsə də, şəxsi həyatında bədbəxt bir insana çevirmişdi. O üç dəfə ailə qurmasına baxmayaraq, xöşbəxtliyə nəsib ola bilməmişdi. Dost-yoldaşları onu səhnədən kənarda hər zaman, içkili halda gözü yaşlı, Culya deyərək müşahidə etmişdilər. Elə özü də bu barədə deyərdi ki, “Bütün ittifaqda və dünyada gözləmədiyim şöhrət qazandım. Doğma vətənim Ermənistanda məni, “Milli Qəhrəman” hesab edirlər. İctimai nəqliyyatlardan istifadə zamanı məndən pul götürmürlər, mağazalara baş çəkəndə təmənnasız ərzaqla təmin edirlər, evimin qapısını açanda çeşidli hədiyyələr gözümə girir, qızların seks simvoluna çevrilmişəm, hamı məni sevir, amma mənə yalnız bir məhəbbət lazım idi ki, ona qovuşa bilmədim…” Ömrünün sonuna kimi Frunzik Culyanın ona bəxş etdiyi depresiya ilə yaşadı, məşhurlaşdı və tənhalıq içində can verdi…

Başqa bir misal dünya şöhrətli beysbol ustası, beysbol tarixinin ən məhsuldar oyunçularından biri Co Di Madjonun dünya kinosunun incisi, 50-ci illərin seks simvolu, Merlin Monro ilə olan izdivacını nümunə göstərmək olar. Bu onların hər birinin ikinci ailə həyatı olsa da, C.D.Madjo Merlinə qul kimi bağlanmışdı. Hətta həmin dövr Amerika mətbuatı və ictimaiyəti bu cütlüyü “Mister və Misis Amerika” adlandırırdı.

Amma nə yazıq ki, Merlin üçün C.D.Madjonun bağlanaraq ona aşiq olması ikinci yerdə idi. O, karyerasını onun əsirinə çevrilmiş eşq cəngavərindən üstün tuturdu. Nəticədə bu evlilik cəmi 9 ay sürdü. Amma C.D.Madjonun bu eşqi itmədi əksinə eşq vəbasına çevrildi. M.Monro sonralar üçüncü dəfə ərə gedib  boşanaraq, Prezident Con Fitcerald Kennedi də daxil olmaqla, bir çox məşhurlarla saysız eşq macəraları yaşamasına baxmayaraq, C.D.Madjonun keçmiş sevgilisinə saf hisləri zərrə qədər də, olsun azalmamış, əksinə ona yenidən evlənmə təklifi edərək, rədd cavabı almışdı. 1962-ci ildə M.Monro müəmmalı şəkildə vəfat edən zaman C.D.Madjo onun bütün mərasim-dəfn xərclərini öz üzərinə götürmüşdü. Onun ölümü ilə uzun illər barışmamış və ömrünün sonuna kimi birdə ailə həyatı qurmayaraq, yalnız Merlinə məxsus olduğunu dəfərlə bildirmişdi. Hətta ölüm anında can verərkən, sevinclə dolu son sözləri bu olmuşdu: nəhayət ki, mən Merlini görəcəm…

Bu siyahıya Hollivud ulduzu Brendon Li ilə Eliza Hattonun məhəbbətini və Brendonun faciəvi şəkildə ölümünü misal göstərmək olar.

Bu barədə qismət olsa ayrıca yazım olacaq. Qısaca, onu deyim ki, XX əsrin sonunda bir-birlərinə hava-su kimi bağlanaraq eşq yaşayan cütlüklərin, toy mərasimlərinə 2 həftə qalmış Brendon “Qarğa (The Crow)” filminin son səhnələrindən birinin çəkilişi – atəş açılan səhnəni oynayan zaman həqiqi güllə ilə ölümcül yaralanaraq, gözlərini əbədi yumur. Nəticədə toy yas mərasiminə çevrilir. Onun cəmi 28 yaşı var idi…

Sonda türk müğənnisi Rafet El Romanı bu sıraya aid etmək olar.

Məhz bədbəxt eşqi onu dünyaca məşhur müğənniyə çevirdi. O, da ailə həyatı qurub, 2 uşaq atası olmasına baxmayaraq sonda, bu evliliyə son qoyuldu.

Romantiklərin təbliğatı nəticəsində beynimizə yeridilib ki, qadınlar kişilərdən daha güclü və saf hislərlə sevir! Bu ifadə gözəl səslənsə də heç də həqiqəti əks etdirmir. Təbii ki, istisnalar var, amma əksər qadınlar üçün sevmək səyahət və teatr tamaşasında daim diqqət mərkəzində olmaq istəyən, yeni-yeni addım atan gənc aktyordan başqa bir şey deyil!

Adı məlum olmayan bir mütəfəkkir qadınlar haqqında aşağıdakı gözəl ifadələri deyib:

 

  • Qadın kişini ona görə sevir ki, kişi onu sevir. Kişi isə qadını ümumən sevir;
  • Qadın unikaldı, amma onun yeganə çatışmayan xüsusiyyəti onda iki qəlbin döyünə bilməməsidi.

 

Bu aforizmlərdən belə nəticəyə gəlmək olar ki, qadınlar (istisnalar həmişə var) heç də bir dəfə sevmir. Qadınlar ən azından 3 dəfə sevir:

  • Aldanaraq
  • Ehtiyac (maddi, cinsən) üzündən
  • Qəlbən bağlanaraq

Bundan başqa qadınların xüsusi bir sevgisi də var, bu övladlarına, ən əsasda oğullarına olan sevgisidi. Bəlkə də, bu qadınların ən güclü, fanatik və saf olaraq yeganə sevgisidi. Oğul övladı qadınların həm də, gözəlliklərindən sonra ikinci ən güclü silahıdır. Tarixə nəzər salsaq, saray çevrilişlərində kralları, imperatorları, sultanları, həyat yoldaşlarının əliylə devrilərək oğullarının hakimiyyətə gətirilməsi kimi hallar buna bariz nümunələrdəndi.

Qadınlar daim əks cinsləri tərəfindən, layiq olduqları diqqəti, dəyəri, nəvazişi, sevgini görmədiklərindən, həmçinin kişilərin xəyanətkar olduqlarından car çəkirlər. Amma sual verdikdə ki, “sevgilinin, nişanlının, ərinin xəyanət etməməsi üçün nə etmisən?”. Heç vaxt səmimi və dürüst cavab almazsınız. Bütün cavablar əks cinsləri üzərinə tənqid-təhqir arsenalından açılan atəşlərlə yekunlaşır.

Bir məqamı hər zaman unuduruq, kişilərin xəyanəti yanındakı xanımlarından qaynaqlanır. Beləki, çox böyük əksəriyyət kişilər qadınlarından sözün bütün mənasında düzgün qayğı-nəvaziş görmürlər. Bizim cəmiyyət bu yöndə flaqmanlıq edənlərdəndir. Bir genekoloq həkimin dediyi ifadəni burda vurğulamaq yerinə düşər: “kişilər pişik kimidi, kim çox sığallasa özünü onun qucağına atacaq…”

Qadınlarımızın demək olar ki, hamısı, “müasir” olduğunu göstərmək, yad kişilərin nəzər-diqqətini cəlb etmək, qadınlara acıq vermək üçün bəzənirlər. Belə “gözəllərə” sual vermək lazımdır ki, o cür bəzənib çölə çıxdığın kimi sevgilin, nişanlın, ərin üçün niyə bəzənmirsən? Cavabları belə olur: Əşşi evin içində nə bəzənmək? Bunu müşahidə aparmış hər bir insan görübdü. Evdə qadınlarımızın (istisnalar var) görkəmi orta əsrlərdəki mehtərlərin, görkəmlərindən  fərqlənmir. Hələ mən evdə kişiyə göstərilməli olan qulluq, nəvaziş-qayğıdan söhbət eləmirəm. Bizlər “xanımlarımızı” evdən bayıra çıxanda xanım görkəmində görürürk. Vay o kişinin halına ki, hədsiz dərəcədə centlemendi, onun qadını ona hörmət eləməyəcək! Xətrini çox istədiyim bir yazıçının 55 yaşında etdiyi etirafı heç vaxt unutmaram: “mən ailə həyatı quranda 3 il əsl ingilis centlemeni oldum. Məsələn tezdən yuxudan qalxıb, görəndəki, həyat yoldaşım yatır, hec vaxt onu oyatmamışam ki, qalx mənə çay hazırla. Əksinə səs salmadan qalxaraq mətbəxə keçər, özümə çay hazırlar və yazmağa başlayardım. Onu yuxudan oyada biləcək ev telefonunu belə, cərəyandan ayırardım. Eləcə də, xanımın borcu olan digər məişət qayğılarını da göstərməsini israr etməzdim. Bu cenlementliyim sonda saymamazlıq, dəyərsizləşmə, hörmətsizliklə nəticələndi… Sonda anladım ki, həyatımızdakı qadın nə qədər, dəyərli olsa da, heç vaxt həddindən artıq nəvaziş etmək düzgün deyil, və mən övladlarım olmasına baxmayaraq, mənə dəyər verən digər qadınla ikinci dəfə ailə həyatı qurdum.

Təbii ki, belə çox misallar gətirmək olar. Fakt faktlığında qalır ki,  qadına hörmət edən, istəyən deyil, hökmranlıq edənə daha çox hörmət edər. Elə qadın xəyanətinin səbəblərindən biri də, hədsiz nəvaziş görməsidi.

Qadın eynən səyyah kimidi, macəradan doymaz! Ona görə də, elə etmək lazımdır ki, qadınlara gözü bağlı səyahət etdirək, əks halda gözü açılanda artıq tək başına lazım olmayan yerlərdə səyahət edəcək. Elə qadınların xəyanəti də, bu misala bariz nümunədir.

Картинки по запросу women

Uzun sözün qısası kişi xəyanəti, aldığı travmadan (istər anasından, istərsə də qovuşma bilmədiyi qadından), xanımlarından layiq olduqları qayğı-nəvaziş görmədiklərindən (bizim cəmiyyətdə bu hədsiz çoxluq təşkil edir), ciblərinin doluluğundan, xolerik kimi xüsusiyyətlərə məxsusluq və seksual disbalansların pozulmasından baş verir. Bu sadaladıqlarım içərisində bizim cəmiyyətdə ən yüksək faiz dərəcəsi (70-75%) qadınlarımızın kifayət qədər qayğı-nəvaziş göstərməməsi, yerdə qalan (25-30%) ya gözümüzün doymaması, ya da, pulumuzun biraz artıqlığındandı. Azərbaycan və qafqazlı kişisi heç vaxt fransız, amerikan, rus, ərəb kişiləri kimi qadından sonsuz “sevgi-qayğı”, seks axtarmır, sadəcə normal kişinin gözlədiyi diqqət, qayğı-nəvaziş axtarır, axtardıqca da tapa bilmir, çünki bizim qadınlar bugün hər şeydə “müasirləşirlər”… Təbii ki, bu cür “müasirləşmə” nəticəsində kişi ona dəyər verən qadının yanına qaçacaq. Bəzən də, olur ki, qadın diqqət-qayğısı yetərincədi, amma qiymət verilmir. Bu kişinin pulunun çoxluğunun və gözü doymamasındadı. Ona görə də, bizim məmləkətdə kişilərin normadan artıq pullanmasına imkan vermək lazım deyil! Eləcə də, evində olan xanımının ona uşağa göstərilən kimi qayğı-nəvaziş qayğısını yerə vuran kişiləri də kəskin şəkildə ictimai qınaq obyektinə çevirmək lazımdı.

Qadınların xəyanəti isə 50% onun fitrətində, 50% isə ətraf mühitə bağlıdı. Yəni kişilər əsksər hallarda ehtiyacdan xəyanət edərək, arvadbaza çevrildiyi halda, qadınlar (istisnalar hər zaman var) bunu öz istəkləri, zövqləri üçün edirlər. Qadınların qisas almaq üçün etdiyi xəyanətdə əslində istək-zövqlərinə bağlıdı. Sadəcə bu əmələ bəraət donu geyindərmək üçün bəhanələrdən biridi.

“Sevgi” ideyası aşiqləri olan “qadın-qızlarla” ünsiyyət zamanı onların çox ağız dolusu danışdığı “sevgi əsasdı”, “sevgi müqəddəsdi”, “sevgisiz ailə həyatı qurulmaz”, “sevgi ilə qurulan ailə həyatı möhkəmdir, uzun ömürlüdür” kimi ifadələr qulağıma bağırırlar. Belə “madam-madmazellərə” ağız dolusu ifadələrinə görə, xüsusəndə 35-40 yaş arası sevgi axtarışına çıxanlara, hamının verdiyi sualı verirəm – sizin kimi romantik xanım nə əcəb hələki subaydı? Qarşılığında standart cavab alıram: sevdiyimi tapmamışam. Sonra çoxlarının vermədiyi uzun bir sualı verirəm: təssəvvür edin ki, illərdi boş qalan sevgi vakansiyanıza uyğun ağ atlı şahzadəni tapdınız, o, sizə eşq elan etdi evləndiniz… Bir gün dəlicəsinə sevdiyiniz dünyadan vaxtsız getdi. Həyatınızın eşq yolçusundan ən böyük zinəti, əmənəti olan övladınız varsa, ikinci dəfə ailə həyatı qurarsınızmı?..

Qısa və lokanik cavab: Əlbəttə!

Növbəti təəccüblü sualım belə olur ki, bəs sevgi?

Cavab : Əşşi, ölənlə ölünmür ki, həyatda istədiyimiz kimi yaşadıq. Mən cavanam…

Buyurun müasir “qadınlarımızın” sadiqlik nümunəsi. Mən cavanam ifadəsində yəqin hansı “hisslərin” üstün gəldiyini anladınız. Azərbaycan Türk qadının yazdığı qeyrət səlnamələrini qoyuram bir kənara, çünki indiki zəmanənin zərif cinsləri (istisnalar az da olsa var) bizim iftixar hissi ilə xatırladığımız sözün əsl mənasında qeyrətli, fədakar,  nənələrimizin kəsilib atılan dırnağı ola bilməz. Ölüb getməkdə olan mənəvi irsimizi qoyuram bir kənara, bəs “dəlicəsinə sevmişəm onu”, “bizim unudulmaz sevgi macəralarımız olub”, “biz bir an olsun belə yaşaya bilmərik” kimi qulağa yaxşı səslənən ifadələr əməldə niyə tətbiq olunmadı. Kimsə sağ qalanı intihara sövq eləmir, sadəcə ən azından sevgi sədaqətini qorumalı və qalan sevgisini həyatda yeganə dəyərli varlığı olan övladına görstərməli idi. Təbii ki, bu cür “sevgi” axtarışında olan tapdığını da, sonradan ucuza dəyişməsinə ikiüzlü demək haqsızlıq olar, belələrinə ensklopediya vərəqləri sayda sifəti olan ehtiras axtarışında olan “kəpənək” adlandırsaq daha ədalətli olar. Belələri ilə ünsiyətdə olanda istər-istəməz düşünürsən ki, yəqin məşhur rus şairi Sergey Yesenin “Qadına Məktub” şeirini belə “kəpənəklər” üçün yazıb.

Həyat isə sadiq qadınları sevən qadınlarda deyil, fədakar qadınların həyatlarında  bizə dəfələrlə, sübut edib, edir və edəcəkdə. Hansı dövrən olmasından asılı olmayaraq, müasir “ideyalar” qadınların əxlaqsızlaşmasına, pozğunlaşmasına gətirib çıxarmasına baxmayaraq, gözə daim çarpacaq, azlıqlar olacaq. Bu azlıqlar, Azərbaycan milli-mənəvi dəyərlərini ölməyə qoymayan, oğuz-türk, şərqli, qafqazlı qadının adını uca tutacaq xanımlarımız olacaq. Bu misalı elə belə yerə çəkmədim bəşəriyyət qadın üzərində qurulur, hər bir millət qadınlar sayəsində yaşayır, artır, inkişaf edir…

Son 30 ilə yaxın bir müddətdə, Azərbaycanda Fərizədən (20 Yanvar şəhidimiz İlhamın həyat yoldaşı) başqa hansı qızın  bağlandığı eşq cəngavərinə görə özünə qəsd edərək öldürdüyünü göstərə bilərsiz?

Əlbəttə heç kimi! Amma qızlar tərəfindən aldadılaraq, intihar edən, əyyaşa, narkomana çevrilən, həyatı büsbütün alt-üst olan yüzlərlə oğlanlanları misal göstərmək olar. O zaman sizə sual verirəm kimdi ən güclü bağlanaraq saf hislərlə eşq duyğusu yaşayıb iztirab çəkən?

Düşünən insanlar verilən suala düzgün cavab tapacaq. Düşünmək istəməyənlər isə feminist, “məsum” rollarını ifa edərək məni qadın düşməni, kişi tərəfkeşi, zorakılığa bəraət qazandıran və s. kimi ifadələrlə tənqid-təhqir edəcəklər…

Bu da təbiidi, necə ki, biz kişilər fahişəliyi qədim peşə olaraq dərk edəcəyiksə, qadınlar da kişi tənhalığını, itirdiyi qadını hər qadında axtarma duyğusunu, çoxarvadlılığı o zaman dərk edəcəklər.

Qabriyel Qarsiya Markez “Qəmgin fahişələrimdən qalan xatirələr” romanında yazır: Bugün romantiklər sayəsində dərk elədim ki, dünyanın altını üstünə gətirən hadisələr, xoşbəxt eşqlər sayəsində deyil, bədbəxt eşqlər nəticəsində baş verir.

Markesin bu ifadəsinə əsaslanaraq, kişilərə səslənirəm:

Həyatda bağlanaraq aşiq olduğunuz qadını heç vaxt unuda bilməyəcəksiz, hətta onun adını əbədləşdirərək, qız övladınıza qoysanız belə… Biz kişilərin (təbiiki hamı üçün yox) məhəbbətdə məhz bu cür faciəsi, qadın məhəbbəti ilə müqayisədə daha alovlu, sönməz, hətta müqəddəsdir!

Ona görə həm özünüzün, həm qarşınızdakı xanımın əzab çəkməsini istəmirsinizsə, daimi münasibət üçün, heç kimi həyatınıza almayın. Özünüzü yaxşı bacardığınız bir fəaliyyətə yönəldin. Bu  az da olsa, sizi güclü psixoloji depresiyadan qoruyacaq, amma yaşantınızı unutdurmayacaq. Möhür kimi bu istirabı daim yaşayacaqsınız. Yox əgər həyatınıza kimisə almısınızsa, o zaman ona az da olsa dəyər verin. Çünki həyatınıza alacağınız qadın zatən sizin kimi travmalı stereotipə dəyər verərək yanında olmaq istəyən birisidi.

Daim mübahisə etdiyim, bir psixoloqun haqlı ifadəsini burda qeyd etmək yerinə düşər: “İtirdiyin qadın müqəddəscəsinə dəyərli ola bilər, amma həyatına aldığın qadın da ondan əskik deyil. Həyatına aldığın qadındakı xoşuna gələn xüsusiyyətlər, mütləqdir ki, itirdiyində görə bilmədiyin xüsusiyyətlərdi’’.

Sonda yazımı xətrini çox istədiyim, amma adını açıqlamayacağım Gədəbəy gözəli olan həvəskar bir şairənin qısa şeiri ilə yekun vururam:

Hələ də bilmirəm kimimsən mənim.
Göz yaşı tökməyə himimsən mənim.
Allahsız dünyada dinimsən mənim.
Nə ayrılmaq olur,
nə də qovuşmaq

Abdulla İbrahimli