Moskva vasitəçilik edir – PYD lideri Rusiyanı satdı

Moskva vasitəçilik edir – PYD lideri Rusiyanı satdı
print
PYD/YPG​ lideri Saleh Müslüm Suriyada Bəşər Əsəd rejimi ilə Rusiya vasitəsilə görüşdüyünü etiraf edib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

“Rejimlə bir anlaşma və ya birbaşa bağlantımız yoxdur. Bu günə qədər bütün görüşlər Rusiya vasitəsilə həyata keçirilib”, – Müslüm bildirib.

Qeyd edək ki, Rusiyanın YPG-yə Afrin bölgəsini Suriya qüvvələrinə təhvil verərək, ərazidən çəkilməyi təklif etdiyi, bununla bağlı YPG liderlərinin Bəşər Əsədlə təmaslara başladığı və sonunda bu anlaşmanın baş tutmadığı bildirilirdi.

PYD/YPG lideri Saleh Müslüm Çexiyada həbs edilsə də, sonradan məhkəmə qərarı ilə azadlığa buraxılmışdı. (Axar.az)