Messi 600-cü qolunu vurdu – VİDEO

Messi 600-cü qolunu vurdu – VİDEO

İspaniya La Liqasının 27-ci turunda “Barselona” öz meydanında “Atletiko Madrid”i 1-0 hesabı ilə məğlub edib.

Oyunun 26-cı dəqiqəsində cərimə zərbəsindən qələbə topunu vuran Lionel Messi rəsmi turnirlərdə vurduğu qolların sayını 600-ə çatdırıb.

“Barselona” bu qələbədən sonra xallarını 69-a yüksəldib və ikinci pillədəki “Atletiko”nu 8 xal qabaqlayıb. (Axar.az)