“Zeytun budağı” əməliyyatı: öldürülən terrorçuların sayı 2612-yə çatdı

“Zeytun budağı” əməliyyatı: öldürülən terrorçuların sayı 2612-yə çatdı
print
Türkiyə Silahlı Qüvvələrinin PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 2612-yə çatıb.

Anadolu Agentliyinə istinadla xəbər verilir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-dən başlatdığı “Zeytun budağı” əməliyyatının məqsədi qardaş ölkə üçün təhdid yaradan PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarını bölgədən uzaqlaşdırmaq, sərhəd xəttinin və həmin ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etməkdir.