Bakıda külək bu gün dayanacaq

Bakıda külək bu gün dayanacaq

İki gündür Azərbaycanda davam edən güclü külək bu gün dayanacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə martın 31-i günün ikinci yarısından başlayaraq hava şəraiti mülayimləşəcək.

Qeyd edək ki, martın 29-u gecədən başlayan güclü küləkli hava şəraitinin hələ də davam edir. Şimal-qərb küləyinin sürəti 18-23, arabir 25-30, Abşeron yarımadasının bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənib.