“Turan” restoranında Nail Qurbanovun doğum günü qeyd edildi – VİDEO

“Turan” restoranında Nail Qurbanovun doğum günü qeyd edildi – VİDEO
print
Mart ayının 22-də Novxanı qəsəbəsində, dəniz kənarından 150 metr aralıda yerləşən “Turan” restoranında Nail Qurbanovun doğum günü qeyd edildi.

 

Ev sahibi Rüstəm Dastanoğlunun xeyir-duasından sonra məclisə toplaşanlar aşıq musiqisinə qulaq asdılar, növbə ilə Nail bəyə ürək sözlərini çatdırdılar  və doyunca oynadılar.

Sonda Azərbaycanın tanınmış hərbi diktoru Şəmistan Əlizamanlı bir-birinin ardınca hərbi vətənpərvərlik mahnılarını ifa etdi və məclis iştirakçılarını coşdurdu.