Məşhur aktrisanın 14 yaşlı qızı gözəlliyi ilə anasını kölgədə qoydu

Məşhur aktrisanın 14 yaşlı qızı gözəlliyi ilə anasını kölgədə qoydu
print
48 yaşlı aktrisa Ketrin Zeta Cons ötən gün Nyu-Yorkda keçirilən tədbirlərdən birində görüntülənib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, aktrisa mərasimə 14 yaşlı qızı Keri Zeta Duqlasla qatılıb.

Həm ana, həm qızı görünüşü ilə göz oxşayıb. Kerinin gözəllikdə anasından geri qalmadığı vurğulanıb.

Qeyd edək ki, Ketrin 72 yaşlı aktyor Maykl Duqlasla ailəlidir. İki uşağı olan cütlüyün ayrıldığı barədə illərdir xəbərlər yayılsa da, rəsmi təsdiqini tapmayıb. (Axsam.az)