Azərbaycanda bu gün istefa verəcək nazirlərin – Siyahısı

Azərbaycanda bu gün istefa verəcək nazirlərin – Siyahısı
print
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi baş tutacaq və o, səlahiyyətlərinin icrasına başlayacaq.

Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin icrasına başladığı gün Nazirlər Kabineti tam tərkibdə istefa verməlidir. YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov da nazirlərin 18 aprel tarixində istefaya göndəriləcəyini açıqlayıb.

Prezident İlham Əliyev Konstitusiyaya uyğun olaraq, yeni Nazirlər Kabineti formalaşdıracaq. Yeni kabinetdə indiki nazirlərdən hansının təmsil olunub-olunmayacağı isə Prezidentin səlahiyyətindədir və qısa müddətdə ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Hazırda Nazirlər Kabinetinin 7 nəfər İdarə heyətinin üzvü və 18 nazirliyi aşağıdakılardır:

1. Baş nazir Artur Tahir oğlu Rasizadə

2. Baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov

3. Baş nazirin müavini Abid Qoca oğlu Şərifov

4. Baş nazirin müavini Elçin İlyas oğlu Əfəndiyev

5. Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov

6. Baş nazirin müavini, Qaçqınkomun sədri Əli Şamil oğlu Həsənov

7. Baş nazirin müavini İsmət Dursun oğlu Abasov

8. Daxili İşlər naziri Ramil İdris oğlu Usubov

9. Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırov

10. Energetika naziri Pərviz Şahbazov

11. Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov

12. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Yanvar oğlu Müslümov

13. Gənclər və İdman naziri Azad Arif oğlu Rəhimov

14. Fövqəladə Hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov

15. Xarici İşlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarov

16. İqtisadiyyat və sənaye naziri Şahin Abdulla oğlu Mustafayev

17. Kənd Təsərrüfatı naziri Heydər Xanış oğlu Əsədov

18. Maliyyə naziri Samir Rauf oğlu Şərifov

19. Mədəniyyət və Turizm naziri Əbülfəs Mürsəl oğlu Qarayev

20. Müdafiə naziri Zakir Əsgər oğlu Həsənov

21. Müdafiə Sənayesi naziri Yavər Talıb oğlu Camalov

22. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyaları naziri Ramin Quluzadə

23. Səhiyyə naziri Oqtay Kazım oğlu Şirəliyev

24. Təhsil naziri Ceyhun Əziz oğlu Bayramov

25. Vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarov

Həmçinin Nazirlər Kabineti özündə 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsini də birləşdirir.