Aşıq Ələsgərin nəticəsi Xətainin 50 yaşı tamam olur

Aşıq Ələsgərin nəticəsi Xətainin 50 yaşı tamam olur
print
Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərlinin bu gün 50 yaşı tamam olur.

O, 21 aprel 1968-ci ildə Göyçə mahalının ən qədim yaşayış məskənlərindən olan Ağkilsə kəndində görkəmli folklorşünas alim İslam Ələsgərin ailəsində dünyaya gəlib. Orta məktəbi doğma kəndində əla qiymətlərlə bitirdikdən sonra Almaniyada hərbi xidmət keçib. 1996-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsilini bitirdikdən sonra, ayrı-ayrı vaxtlarda müxtəlif sahələrdə çalışan Xətai Ələsgərli həm də dərin erudusiyaya, qeyri-adi istedada malik saz-söz xiridarıdı. Onun dərin zəkası sahəsində milli alətimiz – saz yeni bir modern formada təkmilləşib.

Xətai Ələsgərli eyni zamanda babası dahi Aşıq Ələsgərin yaradıcılığının düzgün təbliğ olunmasında xidmət göstərən nadir folklor bilicilərindəndir .

Assanews.com saytı adından əziz dostumuz, böyük ürək sahibi Xətai Ələsgərlini 50 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları, sonsuz xoşbəxtlik diləyirik.


Şair Niftalı Göyçəlinin Xətai Ələsgərlinin 50 yaşı münasibəti ilə yazdığı şeiri təqdim edirik:

Ana yurdun doğma Göyçə,
Əslin – Ələsgər ocağı.
Şeir-sənət ustadındı,
Ağkilsənin dördbucağı.

Hər bir işi dürüst qanıb,
Dərd önündə mərd dayanıb.
Sizin eldən pərvazlanıb,
Dünyaya İman sorağı.

Niftalıdı sirr qardaşın,
Çox bəlalar çəkib başın.
Mübarəkdi əlli yaşın,
Ay elin arxa-dayağı.