Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi – SİYAHI

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi – SİYAHI
print
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:
1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov
1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;
1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;
1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;
1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;
1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;
1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;
1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;
1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;
1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;
1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;
1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;
1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
***
Dövlət başçısı Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri təyin edib. O, bu postda Səlim Müslümovu əvəz edib.
“ASAN Xidmət”in rəisi İman Kərimov kənd təsərüfatı naziri olub. İndiyədək bu vəzifəni Heydər Əsədov tuturdu.
Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbər təyin edilib. O, bu postda Əli Həsənovu əvəzləyib.
Samir Nuriyev isə Dövlöt Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib. O, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri idi.
***
Prezident İlham Əliyevin sərəncamlı ilə Nazirlər Kabinetinin təsdiqlənən yeni tərkibində 6 nazir, 6 komitə sədri və 2 xidmət rəisinin yerinə hələlik təyinat yoxdur.
Rəhbər vəzifələrinə təyinat olmayan qurumlar aşağıdakılardır.
Müdafiə sənayesi naziri
Səhiyyə naziri
Mədəniyyət naziri
Ekologiya və təbii sərvətlər naziri
Gənclər və idman naziri
Təhsil naziri
Dövlət Gömrük Komitəsinin sədri
Dövlət Statistika Komitəsinin sədri
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Dövlət Miqrasiya Xidmətinin rəisi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
***
Ölkənin bir nömrəli şəhərinin – paytaxtının yeni merinin kim olacağı ilə bağlı sualın cavabı da böyük maraq doğrurur.

Bu posta Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlunun təyin olunması gözlənilir.
Bu barədə Qaynarinfo-nu bilgiləndirən mənbənin sözlərinə görə, sabiq Gənclər və İdman naziri Azad Rəhimovun qudası olan Niyazi Bayramovun bu vəzifəyə gətirilməsinin bir çox səbəbləri var. Azad Rəhimovun isə səhhəti ilə əlaqədar olaraq istirahətə göndərildiyi bildirilir. (Qaynarinfo)
DOSYE:
Niyazi Bayramov 1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.
Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.
1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qarabağ müharibəsi iştirakçısıdır.
Ailəlidir. 2 övladı var.