Əmirxeyirli karateçi dünya çempionatında bürünc medal qazandı

Əmirxeyirli karateçi dünya çempionatında bürünc medal qazandı

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndinin yetirməsi Samir Süleymanovun 12 yaşlı oğlu, karateçi Sahib növbəti medalını qazanıb.

Bu haqda məlumatı qaraqoyunlu.com saytına Sahibin babası Sahib Süleymanov verib. Onun məlumatına görə, yeniyetmə karateçi aprel ayının 20-22-də Türkiyənin İstanbul şəhərində Şotokan Karate üzrə keçirilən 9-cu dünya çempionatında (World Shotokan Karate Champıonshıp) 12-13 yaş qrupunda 3-cü yerə layiq görülərək bürünc medal əldə edib.

Xatırladaq ki, “Şobu İppon”, “WKF kumite” və “sambom kumite” versiyaları üzrə keçirilən yarışda 31 ölkənin idmançıları öz qüvvəsini sınayıb.

Qaraqoyunlu.com saytı adından Sahibi ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar qazanmağı diləyirik.