Erməni Torontoda maşını piyadaların üzərinə sürdü : 10 ölü, 15 yaralı

Erməni Torontoda maşını piyadaların üzərinə sürdü : 10 ölü, 15 yaralı
Kanadanın Toronto şəhərində sürücü yük maşınını piyadaların üzərinə sürüb.
Hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Alek Minasyan adlı şəxs şübhəli qismində saxlanılıb. Erməni əsilli 25 yaşlı Minasyan hadisəni kirayəyə götürülmüş yük maşını ilə törədib. O, Riçmond Hill qəsəbəsindən Torontoya gəlib.
Cinayətin əvvəlcədən planlaşdırıldığı və məqsədli şəkildə törədildiyi güman edilir.
Aleks Minasyan polis tərəfindən saxlanılıb və istintaq prosesinə start verilib. (BBC)