Türkiyə daha 1 şəhid verdi – 4 yaralı var

Türkiyə daha 1 şəhid verdi – 4 yaralı var
print
Türkiyədə Diyarbəkir əyalətinin Lice rayonunda PKK terrorçularına qarşı əməliyyat keçirilib.

“Milliyet”ə istinadən verilən xəbərə görə, əsgərlərin terrorçular tərəfindən atəşə tutulması nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb.

Bölgədə terrorçuların ələ keçirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb. (Qafqazinfo)