Bütün kartlar rəsmi Pekinin əlindədi – analitik yazı

Bütün kartlar rəsmi Pekinin əlindədi – analitik yazı
print
Koreyanın birləşməsi, yoxsa Qərb imperializminin yeni oyunu

II hissə

analitik yazı

 

Ötən yazımda KXDR ilə KR-sı liderlərinin “38-ci paraleldə” görüşməsi, sülh deklarasiyasının imzalanması və Çin, ABŞ, Rusiya kimi dövlətlərin bu “isti” münasibətlərlə  bağlı planları haqqında söhbət açmışdıq.

27 apreldən bu yana rəsmi Pxenyanla Tramp hökuməti arasında münasibətlər liberallaşmağa doğru artmaqdadı. Beləki, 3 mayda KXDR-in Hamgen-Pukto əyalətində yerləşən Pungeri nüvə hərbi bazasının demontajı barədə xəbərlər yayıldı. Bu xəbərlər əsasən ABŞ, Cənubi Koreya, Yaponiya mətbuat və sosial şəbəkələrində dərc olundu. ABŞ mətbuatı bu məlumatları öz kəşviyyat xidmətlərinə istinad edir. Bu barədə rəsmi Pxenyan təsdiq edici məlumatalar bildirməsə də yarımadanın denuklerizasiyası barədə addımlar atacağını cənublu həmkarıyla görüşü zamanı açıq şəkildə bildirmişdi. Eyni zamanda 3 may tarixində Yapon qəzeti “Asahi Simbu” Kim Çen Inın Trampın irəli sürdüyü tam denuklerizasiya və digər şərtlərlə müqavilə imzalamağa hazır olduğunu bildirmişdi.

30 apreldə isə KR-sı Prezidentinin mətbuat katibi Yun En Çxan may ayının sonuna kimi Pungeri nüvə təlim mərkəzinin tam şəkildə ləğv olunacağını ölkəsinin mətbuat nümayəndələrinə açıqca bildirdi.

23 apreldə isə Wall Street Journal jurnalı Trampın rəsmi Pxenyanla bağlı mövqeyində bunları yazmışdı: “Prezident Şimali Koreyayla bağlı iqtisadi sanksiyaları yalnız və yalnız həmin ölkənin nüvə başlıqlarını məhv edəcəyi təqdirdə götürəcək!”

Onu da qeyd edim ki, MKİ, Pentaqon və Yaponiyanın xüsusi xidmət orqanlarının iddiyalarına əsasən Şimali Koreyanın 12-dən çox nüvə başlıqlarına sahib olduğu bildirilir.

Bunlardan başqa artıq rəsmi Pxenyan saatlarını 30 dəqiqə irəli çəkərək cənubla eyni saat rejiminə keçdi. Həmçinin vaxtiylə KXDR xüsusi xidmət orqanları tərəfindən həbs edilən 3 Amerikan vətəndaşlarının azad edilməsi məsələsində də ilkin razılığa gəlinib. Onuda qeyd edək ki, adı çəkilən məhbuslar cəsusluq fəaliyyətlərinə görə həbs edilmişdilər.

Lakin bütün bu addımların müqabilində ABŞ-ın Koreya yaramadasındakı hərbi bazalarının çıxarılması haqqında heç bir addım atılmır, elə rəsmi Pxenyan da bu barədə məsələ qaldırmayıb. 28 apreldə Pentaqon rəhbəri Ceyms Mettis ABŞ qoşunlarının yarımadadan  çıxarılması ilə bağlı danışıqları müzakirə etməyə hazır olduqlarını, eyni zamanda “The New York Times” qəzetinin bildirdiyinə görə Tramp KR-kı 28,5 minlik ordunun ixtisarı barədə Pentaqonun variantlar hazırlayıb təqdim etməsini bildirmişdi. Qeyd edək ki, amerikalı hərbi qulluqçuların rəsmi sayı 28,5 min göstərilsə də qeyri-rəsmi bu rəqəmin 50 min olduğu bildirilir. Cənubi Koreyadakı qoşunun illik xərçi (rəsmi olaraq) 800 milyon dollardır ki, bu xərclərin yarısını rəsmi Seul öz üzərinə götürüb. Həmçinin ABŞ-ın maraqları sırasında o da var ki, bütün xərcləri KR-sı öz üzərinə götürəcəyi təqdirdə qoşun çıxarılmaya bilər.

Rəsmi Seulun isə ağasının qoşunlarının çıxarılmasının yol verilməz olduğunu qeyd edir. Prezident adminstrasiyasının sədri Kim Iy Göm bu barədə mətbuata açıqlamasında deyir : Koreya yarımadasındakı ABŞ silahlı qüvvələrinə aid məsələlər rəsmi Seul ilə Vaşinqtona aid məsələdi və bunun Şimali Koreya ilə bağlanan sazişə heç bir aidiyyatı yoxdu!

Digər adı anonim olan informasiya agentliyinin məlumatına görə rəsmi Seulun yarımadadakı ABŞ hərbi qüvvələrinin çıxarılmasına münasibət belədi: Koreyadakı ABŞ SQ-ri bizi əhatə edən Çin və Yaponiya kimi güclü dövlətlərlə münasibətlərdə vasitəçi olmaqdır.

Qısası bu o deməkdir ki, bizi himayə edir və qoruyur!

Əslində bu regionda əsas məsələ Koraya yarımadasında yerləşən iki dövlətin ərazi bütövlüyü və suverenlikləri deyil! Çin Xalq Respublikasın təhlükəsizliyidi, çünki Sakit okean regionunda ABŞ imperializmi qarşısında duran, bu böyük okeanda Amerikan donanmasının kefi istədiyi əməliyyatlar keçirməsində sədd kimi dayanan məhz adı çəkilən dövlətdi.

Mao Tsedun hakimiyyətə gəldikdən (1949-cu il) bu yana ABŞ-ın Çinə münasibəti 180 dərəcə dəyişdi və ona qarşı iqtisadi-siyasi sanksiyalarını bugün də həyata keçirməkdədir.

Əfqanıstan ilə İraqı məhv etdikdən sonra ABŞ əsas təcavüz planını İran ilə Çin üzərində qurdu. Lakin necə deyərlər daş qayaya rast gəldi, adı çəkilən dövlətlərin asan yem olmayacağını anladı. Çinə iqtisadi-siyasi sanksiyalarla yanaşı onun hava sərhədlərini tez-tez pozaraq yerüstü kəşviyyatlar aparması, həmçinin Sakit okenda Çinə yaxın dəniz sularında süni adalar tikməsi (təbiiki hərbi-strateji məqsədlər üçün) rəsmi Pekini ciddi addımlar atmağa sövq etdi. 26 may 2015-ci ildə Çin əlavələrlə yeni hərbi doktrina qəbul etdi. Bu doktrina “Ağ kitab” adını aldı. Həmin kitabda deyilir: “ÇXR-ı heç kimlə kosmosa yürüş və nüvə silahlarının tətbiqi yarışına qoşulmaq kimi niyyəti yoxdur. Biz bütün planet üçün sülh tərəfdarıyıq. ÇXR-ın dinamik inkişafını gözü götürməyən qüvvələrə hərbi təcavüz etmək kimi bir planımız yoxdur, lakin ərazi bütövlüyümüzə, suverenliyimizə  hər hansı  bir təhlükə qarşısında qaldıqda susmaq kimi niyyətimiz yoxdur və təhlükəyə, təcavüzə qarşı ləngitmədən cavab zərbələri endirəcəyik”.

Onu da qeyd edək ki, KXDR-in rəhbəri Kim Çen In 2011-ci ildən hakimiyyətdə olmasına baxmayaraq heç bir xarici dövlətə rəsmi səfər etməyib. Yalnız bu ilin mart ayının 25-28 aralığında Çinə qeyri-rəsmi səfər etdi. Bu səfər son dərəcə gizli saxlanıldı, yalnız səfərdən qayıtdıqdan sonra rəsmi Pxenyan və Pekin mətbuatı bu barədə məlumat yaydı.

Pxanmundcom sazişindən sonra rəsmi Pxenyanın cənubdakı marionet dovlət və ABŞ-la “isti” münasibətləri rəsmi Pekin üçün nəyi var həyəcan təbili oldu, hansı ki, ötən yazımızda bu barədə yazmışıq.

ÇXR-nın KXDR ilə sərhəddə yerləşən Lyaonin əyaləti və o əyalətin Dandun şəhərində olduqca həm gözlənilməz, həm də maraqlı hadisə baş verdi. Adı çəkilən şəhər Yaluzcyan çayı üzərində yerləşir, bu çayın digər sahilində KXDR şəhəri Sinıydcu yerləşir. ÇXR-in adı çəkilən əyaləti və şəhəri KXDR ilə sıx iqtisadi əlaqədədi. Beləki, KXDR-ə Çindən idxal olunan malların böyük bir hissəsi məhz bu şəhər üzərindən həyata keçirilir, həmçinin koreyalılar həm burda ticarətlə məşğul olaraq, obyektlər icarəyə götürür və ya daşınmaz əmlaklar alırlar.

Aprelin 27-də gerçəkləşən saziş və ondan sonrakı “isti” münasibətlərdən sonra Dandun şəhərində  obyektlər üzrə icarə qiymət tarifləri koreyalılar üçün kəskin dəyişdi.  Əgər 27 aprelə qədər bu şəhərdə 1 kv. m üçün icarə haqqı 3000 yuan ( təqribən 470 $ ) olduğu halda, 27 apreldən sonra 5000 yuana (təqribən 780 $) qalxdı. Rəsmi olaraq bunu turizm şəhəri, dövlət bücəsinin artırmaq və s. ilə bağlasalar da əslində bu böyük qardaşdan kiçik qardaşa xəbərdaredici şillədi.

May ayının 2-3 aralığında isə ÇXR-ın Xarici İşlər naziri Van İ KXDR-də rəsmi səfərdə oldu. Səfərin əsas məqsədi rəsmi Pxeniyanın Tramp adminstrasiyası ilə baş tutacaq danışıqların müzakirəsi idi.

Rəsmi Pxenyan ilə ABŞ hansı danışıqlar aparmasından asılı olmayaraq əslində bu Çin-ABŞ danışıqlarıdı. Bu danışıqları iki güc dövlətinin saf-cürüyü də adlandırmaq olar. Koreya yarımadasında hansı cür reformaların baş verməsindən asılı olmayaraq, Çin bir addım da olsa kənarda qalmayacaq və ABŞ-n burda möhkəmlənməyinə imkan verməyərək, özü ilə hesablaşmağa məcbur edəcək.

Regionun digər güc dövləti olan Rusiya da ABŞ-ın nüfuzunun Koreyada artmasından Çin qədər narahatdı. Lakin o, adəti üzrə hələki müşahidəçi qismində çıxış edir. Rəsmi Moskva bu dəqiqə KXDR-də iqtisadi nüfuzunu artırmaq niyətindədi.

Şimal ilə cənubun barışığından sonra Primorski əyalətiylə rəsmi Pxenyan arasında bir çox iqtisadi-mədəni əlaqələrin qurulması haqqında müzakirələr gedir. Bu müzakirələrdən ən əsası da Primorski əyaləti ilə KXDR-in sərhəddində avtomobil yolu üçün körüpüsünün tikintisi ilə bağlıdı. Artıq Primorski əyalətinin qubernatoru Andrey Tarasenko ilə KXDR-in iqtisadiyyat nazirinin müavini  Li Qvan Qın arasında bu layihə barədə müqavilə də imzalanıb. Müqavilən şərtinə əsasən maddiyyat məsələsinin böyük bir hissəsini Rusiya tərəfi öz üzərinə götürsə də, işçi və inşaat materialları məsələləri rəsmi Pxenyan öz üzərinə götürür.

İstisna deyil ki, rəsmi Pxenyan tam şəkildə nüvə silahlarından imtina etsə onu məhv etməyəcək, əksinə Çin ilə Rusiyaya satacaq, xüsusiylə də birinciyə. Nüvə gücünü Çinə satmaqla Kim Çen In əslində silahlarını etibarlı böyük qardaşına əmanət kimi saxlamağa verəcək. Çünki heç bir halda nəinki, 100% heç 50-60% belə ABŞ və NATO blokunun Kim Çen In hökumətiylə hərtərəfli mədəni-siyasi münasibətlərin qurulmasına zəmanət vermir. Unutmayaq ki, Buş adminstrasiyası zamanında İraq, İran, KXDR kimi dövlətləri “Şər oxları” adlandırdı. Sonradan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, hal-hazırda isə Donald Trampın “Milli təhlükəsizlik məsələləri” üzrə məsləhətçisi olan Con Bolton bu siyahıya Liviya, Suriya və Kubanıda əlavə etdi. Qısası ABŞ-a görə adı çəkilən dövlətlər “Şər oxlarıdı”. Bu oxlardan ikisini, yəni İraq ilə Liviyanın necə məhv edildiyi; Suriyanın xarabalığa çevrilməsi; KXDR, İran, Kubaya qarşı iqtisadi-siyasi sanksiyaların tətbiq olunduğu göz qabağındadı.

Bütün bunları nəzərə alsaq  Çinin Qərbin məkirli “sülh” siyasətinini alqışlarla şampan içərək aldanmayacağı bəllidir. Ona görə də hal-hazırda bütün kartlar rəsmi Pekinin əlindədi.

Son olaraq dahi Napaleonun ifadəsiylə yazıma yekun vururam:

“Çin mürgüləyən aslandı, oyanan zaman bütün dünya sirkələnəcək!”.

Abdulla İbrahimli