Qazaxıstanda niqab rəsmən qadağan olundu

Qazaxıstanda niqab rəsmən qadağan olundu

Qazaxıstan parlamentinin aşağı palatası insan simasının görünməsinə əngəl törədən geyimlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi qəbul edib.

“Ferqana” agentliyi xəbər verir ki, belə geyimdə ölkədə gəzmək qadağan olunacaq.

Qadağa niqab daşıyanlara da şamil olunacaq.

Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir.

Bu dəyişikliklər ölkə prezidenti Nursultan Nazarbayevin dini paltar, qısa şalvar geyinənləri və saqqal saxlayanları açıq şəkildə tənqid etməsindən sonra başlayıb.

Xatırladaq ki, N.Nazarbayev bir müddət əvvəl demişdi: “Bu, bizim xalqımızın ənənəsinə uyğun deyil. Bunun qanun səviyyəsində qadağan olunması vacibdir”.