Qərbi Azərbaycanla bağlı konfrans keçirildi

Qərbi Azərbaycanla bağlı konfrans keçirildi

Beynəlxalq Mətbuat Mərkəzində (BBM) Qərbi Azərbaycana Qayıdış Birliyinin (QAQB) təşkilatçılığı ilə “İndiki Ermənistan tarixi Qərbi Azərbaycan torpaqlarıdır, biz hökmən Tarixi Yurdlarımıza Qayıdacağıq” adlı dəyirmi masa keçirilib.

Toplantıda ziyalılar, KİV nümayəndələri və Qərbi Azərbaycandan köçkün düşən şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rızvan Talıbov açıb. O, tədbirin əhəmiyyətindən danışaraq azərbaycanlıların Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya edilməsindən söz açıb: “Tarixi dədə-baba yurdlarımızdan təkcə 1948-1953-cü və 1988-1991-ci illərin qanlı deportasiyaları zamanı indiki Ermənistan ərazilərindən (Qərbi Azərbaycandan) bir milyondan artıq azərbaycanlı əhali zorakılıqla, silah gücünə ölüm təhdidi altında deportasiyaya məruz qoyularaq, tarixi yurdlarından qovularaq qaçqına çevriliblər”.

Daha sonra digər çıxış edən politoloq Nəzakət Məmmədov, şair-jurnalist Qılman İman, müstəqil jurnalist Vüqar Şahinoğlu, tətqiqatçı Şahlar Hacıyev tarixi yurdlarımıza qayıdışın vacibliyini vurğulayıblar. Prezident İlham Əliyevin çıxışlarında “İrəvan xanlığı, Göyçə, Zəngəzur mahallarının tarixi Azərbaycan torpaqlarıdır. Biz o torpaqlara qayıdacağıq” kimi fikirlər səsləndirməsi onlarda bir inamın və ruh yüksəkliyinin yarandığını bildiriblər. Ermənilərin tarix boyu azərbaycanlılara qarşı ən çox Qərbi Azərbaycanda soyqırımlar törətdiyini söyləyiblər. Tarixi oğuz yurdu olan torpaqlara qayıtmağa inam ifadə olunub.

Sonda Azərbaycan Respublikasının Milli Məclisinə, ATƏT-ə, AŞPA-ya, İslam Ölkələri Əməkdaşlıq Təşkilatına, Minsk qrupu ölkələrinin parlamentarilərinə və dövlət başçılarına müraciət qəbul edilib və xatirə fotoları çəkilib.

Qeyd edək ki, Qərbi Azərbaycan Tarixini Yaşadan Gənclər səhifəsi və Qərbi Azərbaycan Gəncləri instagram səhifəsi olaraq dövlətimizə, xalqımıza vətənimizin mənafeyini qoruyaraq tarixi yurd yerlərimizlə bağlı həyata keçirilən layihələrə və təşkil edilən tədbirlərə informasiya dəstəyi ( səhifəmiz vasitəsilə canlı yayım və ya paylaşımlar etməyə, xəbər hazırlamağa) verməyə hazırıq.