Türkiyə bunu da bacardı – ilk qırıcı təyyarə

Türkiyə bunu da bacardı – ilk qırıcı təyyarə
print
Türkiyənin Müdafiə Sənayesi Katibliyi Türkiyə bayrağı altında ilk dəfə havaya qalxan beşinci nəsil “F-35A Lightning II” çoxfunksiyalı qırıcısının görüntüsünü yayıb.

“Anadolu” xəbər agentliyi bildirir ki, görüntüdə ABŞ-ın Fort-Uerte aerodromundan qalxan qırıcının havada müxtəlif manevrlər etdiyini görmək olur. Tədarük müqaviləsinə əsasən, ABŞ Türkiyəyə ilk “F-35A” qırıcısını iyun ayında təhvil verəcək.

Türkiyə Hərbi Hava Qüvvələrinin iki pilotu həmin təyyarənin idarə olunması ilə bağlı ABŞ-da təlim keçir. Plana görə, sentyabr ayında iki “F-35A” qırıcısı həmin pilotların idarəçiliyi altında ABŞ-dan Türkiyəyə uçacaq.

Qeyd edək ki, bir qırıcı Türkiyəyə 103 milyon dollara başa gələcək.