Rusiyalı bankir aparıcı Nailə Əsgərzadəyə 1 milyard dollar xərcləyib

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum-2018-in gedişatında məlum olub ki, VTB bankı “Maqnit” şəbəkəsinin aksiya paketini Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurova satıb və özü də onun xərcini ödəyib.
KİV sazişdə bankın başçısı tərəfindən federal büdcədən bir milyard dolların yuyulmasının əlamətlərini müşahidə edib.
Aksiya paketinin bazar qiyməti 62,5 milyard rubl təşkil edir. İddiaya görə, Rusiyanın əsas reyderlərindən biri hesab edilən Vinokurova alqı-satqı zamanı pul da ödəyiblər. Ödənişi edən isə “Rospress”in yazdığı kimi, satıcı – VTB bankının özü olub.
Mənbə deyir ki, bankın başçısı A. Kostin öz maliyyə qurumundan 1 milyard dollar çıxararaq Vinokurovla bölüşdürüb.  Bildirilir ki, VTB bankı dövlətə məxsus olduğundan bu pul dövlət büdcəsindən oğurluq kimi qəbul edilir.
“İnfoteka” nəşri yazır ki, VTB-nin başçısı Kostin yuxarıda təsvir olunan fırıldaqlar sayəsində əldə edilən pulun öz payına düşən hissəsini məşuqəsi – məşhur televiziya aparıcısı Nailə Əsgərzadəyə xərcləyib.
Nailə Əsgərzadə birbaşa yayımda
O, qıza Moskvanın mərkəzində mənzil (sahəsi – 228 kv. m, dəyəri – 250 milyon rubl), həmçinin Jukovkada şəxsi malikanə (sahəsi – 920 kv. m, dəyəri – 620 milyon rubl) və bir neçə elit-sinif avtomobili (BMW 325I, BMW 650I X-Drive, BMW X5 X-Drive 50I) və s. hədiyyə edib.
“Rospress”in” məlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyardı ötür. Bütün əmlaklar ya bankirin etibar etdiyi şəxslər, ya da offşor vasitəsilə hədiyyə edilib. (Virtualaz.org)
Paylaşın:
Share