Kriştiano Ronaldo “Real”dan ayrılır – İDDİA

Kriştiano Ronaldo “Real”dan ayrılır – İDDİA
“Real”ın ulduzu Kriştiano Ronaldo komandadan ayrılmağa hazırlaşır.
Bu barədə İspaniya mediası məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, Ronaldo “Mançester Yunayted”ə qayıdacaq.
Portuqaliyalı ulduz Çempionlar Liqasının oyunundan sonra verdiyi açıqlamada ayrılıq siqnalı vermişdi: “Real”da oynamaq çox gözəl idi. Azarkeşlərə təşəkkür edirəm. Hər zaman yanımda oldular. Yaxın günlərdə transferlə bağlı suallarınəza cavab verəcəm”.
İddia olunur ki, ötən mövsümdən “Mançester Yunayted”ə söz verən futbolçu ingilislərin təklifini qəbul edib.
Qeyd edək ki, “Real” Ronaldonu 2009-cu ildə “Mançester Yunayted”dən 94 milyon avroya almışdı. (Qaynarinfo)