VMR Estetik Gəncə mərkəzinin açılış mərasimi keçirildi

VMR Estetik Gəncə mərkəzinin açılış mərasimi keçirildi
print
28 may Respublika günü və Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə Gəncə şəhərində VMR Estetik Gəncə mərkəzinin açılış mərasimi keçirildi.

Açılış mərasiminə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, İran və Gürcüstandan xeyli sayda iş adamları, o cümlədən bir sıra həkimlər qatılmışdılar.

VMR Şirkətlər Qrupunun Baş direktoru, sahibkar Vüsal Həsənov tədbirdə çıxış etdi: “Əziz qonaqlar, dəyərli dostlar! Bu gün sayca 3-cü mərkəzimizin açılış mərasiminə toplaşmışıq. Bizimlə bərabərliyiniz üçün, hər birinizə təşəkkürümü bildirirəm. VMR Estetik Gəncə mərkəzi bu gündən etibarən fəaliyyətə başlamış hesab olunur. Və biz çalışmışıq ki, bu mərkəzi yaratmaqla bölgə sakinlərinin estetik qüsurlarının daha peşəkarlıqla aradan qaldırılmasını bu mərkəzdə təmin edək. Bir çox inkişaf etmiş ölkələrin istehsalı olan tibbi avadanlıqlar mərkəzimizdə mövcuddur. Bölgə sakinlərinin heç birinin xarici ölkələrə getmələrinə lüzum yoxdur. Eyni zamanda bildirmək istəyirəm ki, VMR Estetik Gəncə mərkəzində əməliyyat və döyüş tapşırığını yerinə yetirərkən estetik xəsarət almış bütün silahlı birləşmələrin əməkdaşları bizim hesabımıza müalicə olunacaqlar. Mərkəzimizdə laboratoriya, dermotologiya, stomatologiya, fizioterapiya, dietologiya, kosmetologiya və estetik cərrahiyyə bölümlərimiz mövcuddur. Əsasən xarici mütəxəssislər olmaqla, xaricdə təkmilləşmiş yerli mütəxəssislər peşəkar xidmət göstərəcəklər. Bölgəmiz və ölkəmiz üçün xeyirli olsun!”.


Sahibkarın nitqindən sonra dəvət olunmuş qonaqların iştirakı ilə rəsmi açılış rəmzi olan qırmızı lent kəsildi və bununla da VMR Estetik Gəncə mərkəzi pasiyentlərin ixtiyarına verildi.