Zabit Səmədov Avropa çempionu oldu – VİDEO

Zabit Səmədov Avropa çempionu oldu – VİDEO

Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri yekunlaşıb.

Gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub.

Oyunun 5 raundunda bütün qələbələr Zabit Səmədovun olub. Hər üç hakim qələbəni Səmədova verib – 50:46. Bununla o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın “Əhməd” klubu adından “Mercedes” avtomobili də bağışlanıb.

Qeyd edək ki, “Vegas City Hall”da keçirilən görüşü Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov, xalq artisti Emin Ağalarov, Hollivud ulduzu Stiven Siqal da izləyib. (Qafqazinfo)