Ruslar Şimali Koreya liderinin evinin şəkillərini çəkdilər – FOTO

Ruslar Şimali Koreya liderinin evinin şəkillərini çəkdilər – FOTO

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Şimali Koreyaya səfər edən “TASS”ın foto-müxbiri Valeri Şarifulin Kim Çen İnin  evinin şəkillərini çəkib.

Pxenyandan bir qədər aralıda yerləşən malikanənin geniş həyəti və hovuzu var.

Ev başdan-ayağa pəncərə və qapılarla doludur.

Kimin keçmiş cangüdəni onun Pxenyan ətrafında daha 7 evinin olduğunu bildirib.


Evin qarşısında hər zaman zierhli “Mercedes” gözləyir.

Evin içərisində bəzəkli “Koreya qızı” heykəli bolluq rəmzini bildirir. (Qafqazinfo)