2026-cı ildə futbol üzrə dünya çempionatı bu 3 ölkədə keçiriləcək

2026-cı ildə futbol üzrə dünya çempionatı bu 3 ölkədə keçiriləcək

2026-cı ildə futbol üzrə XXIII Dünya Çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.

Bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub.

Qeyd edək ki, XXIII dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb.

Qərarı FIFA prezidenti Canni İnfantino açıqlayıb. O bildirib ki, səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.

Xatırladaq ki, 2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.