Türkiyədə millət vəkilinə silahlı hücum: 3 ölü, 8 yaralı

Türkiyədə millət vəkilinə silahlı hücum: 3 ölü, 8 yaralı

Türkiyənin Şanlıurfa vilayətində millət vəkillərinə hücum edilib.

CNNTürk-ün məlumatına görə, vilayətin Suruç rayonunda baş verən hadisədə 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Hakim Ədalət və İnkişaf Partiyasının deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan şəxslər qəsəbəyə gəliblər.

Bu zaman millət vəkili və yanındakılar silahlı hücuma məruz qalıblar.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.