Hər bir azərbaycanlını 1 manat aksiyasına qoşulmağa çağırırıq! – VİDEO

Hər bir azərbaycanlını 1 manat aksiyasına qoşulmağa çağırırıq! – VİDEO

3 yaşlı Muradın həyatını xilas edək!

Onun əməliyyatı üçün 43200 avro ödənilməlidir.

 

Azərbaycan Təhsil Nazirliyinin dəstəyilə ürəyi qüsurlu olan 3 yaşlı Muradın 53 yaşlı anası, müəllimə Elza Paşayeva ATV kanalında yayımlanan “Bizimləsən” verilişində öz həmkarlarına səslənərək 160 minə yaxın təhsil işçisinin hər birindən 1 manat ödənilməsini xahiş edib.

Biləcəri qəsəbəsindəki 299 saylı məktəb-liseyin 53 yaşlı direktor müavini Elza Paşayevanın 3 yaşlı yeganə övladı Murad mürəkkəb ürək qüsurundan əziyyət çəkir. Azərbaycanın bir neçə xeyirxah insanının köməyilə o, bir neçə dəfə Almaniyanın Berlin Mərkəzi Kardeologiya xəstəxanasında əməliyyat olunub. Dünyada ürək quruluşuna görə yeganə insan olan Muradın həyatda yaşaması üçün yenidən adı çəkilən xəstəxanaya təcili olaraq 43200 avro ödənilməlidir. Əks halda onun həyatda qalması müşkülə çevrilər.

MilliÖn-də cari hesaba 1 azn ödəmək üçün AGBANK bölümü seçilməli, kod yerində 336749, təvəllüd yerində isə 15.12.1965 yığılmalıdır.

Damla-damla göl olar!!! Gölün bəhrəsini isə nəticədə hamımızın vətəni olan Azərbaycan görər. Çünki onun daha bir övladı ölümdən dönüb həyata qayıdar, oxuyub yaxşı təhsil alar və Vətəninə layiqincə xidmət edər. Unutmayın ki, bu müqəddəs missiyanın həyata keçirilməsində sizin də əməyiniz olub.

Elza Paşayeva həmçinin, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin və digər bölgələrin oğul və qızlarına, Azərbaycanda və xaricdə fəaliyyət göstərən iş adamlarına, dövlət müəssisələrinin, özəl şirkətlərin sahiblərinə üz tutaraq AGBANK-da açılan cari hesaba pul köçürülməsini də xahiş edir.

Əlaqə telefonu: +994 50 449 95 85

Gəlin, yaxşılığı unutmayaq!  Yaxşılıq edən hər kəsin ruzusunu Tanrı artıqlamasıyla verir.

Hər bir azərbaycanlını 1 manat aksiyasına qoşulmağa çağırırıq!