QAQB Ali Məclisinin yeni tərkibdə ilk toplantısı keçirildi

QAQB Ali Məclisinin yeni tərkibdə ilk toplantısı keçirildi
print
Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin 30 iyun tarixində gerçəkləşdirdiyi qurultayında seçilən Ali Məclis üzvlərinin yeni tərkibdə ilk toplantısı keçirilib.

Bu haqda məlumatı Birliyin mətbuat xidməti yayıb. Məlumata görə, toplantıda cari məsələlərlə yanaşı Birliyin yeni strukturunun təşkili məsələlərinə baxılıb. QAQB Ali Məclisinin sədri və iki müavini seçilib.

Göyçə mahalının Krasnoselo rayonundan Əli Vəliyev QAQB Ali Məclisinin sədri, Dərə-Ələyəz mahalından Aslan Həşimov və Qafan rayonundan Zöhrə Xəlili Ali Məclis sədrinin müavinləri seçiliblər.

Sonra QAQB sədri Rizvan Talıbovun təqdimatı ilə Aslanov Namiq QAQB sədrinin 1-ci müavini, Musayev Sahib QAQB sədrinin Maliyyə və İqtisadiyyat məsələləri üzrə müavini, Zeynalova Nəzakət QAQB sədrinin gənclərlə iş üzrə müavini, Rüstəmov Sabir QAQB sədrinin Beynəlxalq əlaqələr və Beynəlxalq təmsilçilərlə iş üzrə müavini, Maarif Məhərrəmbəyli QAQB sədrinin Təşkilat məsələləri üzrə müavini vəzifələrinə təsdiq olunublar.

Eyni zamanda, Binnətova Həqiqət, Mustafa Bayram Əli oğlu, Azadalıyev Aslan, Mənsumov Nasir, Bağırov Vasil, Həsənov Şakir, Məmmədov Əkbər, Abduyev Vüqar, Poladov Polad, Qasımov Kamran, Abbasov Vüqar, Əfəndiyev Mustafa, Qeysər Asif Əliyev, Sərdarov Siyavuş, Əhmədov Bayram, Quliyeva Afiqa, Orucova Məmləkət, Həsənova Şəlalə, İsmayılov Valeh, Cümşüdov Arif, Həsənov Rövşən QAQB İdarə Heyətinin üzvləri seçilib.

Famil Əbilov QAQB Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, Namiq Kərimov isə Gəncə şəhəri üzrə Birliyin təmsilçisi vəzifələrinə təyin ediliblər.

Toplantıda,  həmçinin QAQB Ağsaqqallar Şurası və QAQB Qadınlar Şurası yaradılıb.