Yaponiyada leysan yağışları: ölü sayı 100-ü keçdi – FOTO

Yaponiyada leysan yağışları: ölü sayı 100-ü keçdi – FOTO

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Ölü sayının 100-ə çatdığı açıqlanıb. Yerli telekanallar 50-dən çox insanın itkin düşdüyünü bildirir.

Yaponiya Meteoroloji Xidməti yeni torpaq sürüşmələri və daşqınlarla bağlı xəbərdarlıq edib.

Xilasedicilər daşqın zonalarından 1,8 min insanı xilas edə biliblər. Zərərçəkən rayonlarda evakuasiya zonalarına 32 mindən çox insan yerləşdirilib. Yaşayış evlərində 20 mindən çox insan elektrik enerjisiz qalıb.

Ölkənin 47 prefekturasından 15-də yaşayan 2 milyon yarım insana evakuasiya ilə bağlı tapşırıq verilib.