İstanbulda açılacaq yeni aeroportdan ilk uçuş Azərbaycana olacaq

İstanbulda açılacaq yeni aeroportdan ilk uçuş Azərbaycana olacaq
print
“Türk Hava Yolları” (THY) İstanbulda açılacaq yeni aeroportdan ilk uçuşunu Azərbaycana edəcək.

“Hurriyet.com.tr” saytına istinadla xəbər verilir ki, bu barədə THY-nin baş direktoru Bilal Ekşi bildirib.

Onun sözlərinə görə, oktyabrın sonlarında açılacaq Üçüncü İstanbul Hava Limanından ilk daxili uçuş Ankaraya, ilk beynəlxalq uçuş isə Azərbaycan və Şimali Kipr Türk Respublikasına olacaq.