Bakının mərkəzində yol çökdü

Bakının mərkəzində yol çökdü
“Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir”.
Bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkə hesabında yazıb. O, hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirildiyini və fəsadların aradan qaldırılması istiqamətində addımlar atıldığını qeyd edib.

“Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək”.

Hadisənin dəqiq səbəbi araşdırılır.
Qeyd edək ki, ötən gün günorta saatlarında sözü gedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.