Moskvadan hansı komanda qızıl medalla qayıdacaq?

Moskvadan hansı komanda qızıl medalla qayıdacaq?
print
Rusiyada keçirilən dünya çempionatı başa çatır.
Bu gün turnirin final matçı keçiriləcək. Moskvadanın “Lujniki” stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gələcək.
Onlar 62 oyunluq mübarizənin ardından – yarımfinal görüşlərindən sonra bir-birilərinə rəqib olublar. Ötən gün 63-cü matçda bürünc mükafatçı müəyyənləşib. Belçika İngiltərəni 2:0 hesabı ilə yenərək, mundiallar tarixinində ilk dəfə 3-cü yeri tutub. Finalda isə Xorvatiya tarixi nailiyyətə imza ata bilər. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib və bürünc medal qazandığı “DÇ-1998″dəki nailiyyətini yaxşılaşdırıb. Lakin 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya 1:2 hesabı ilə uduzmuş Xorvatiyanın indi intiqam hissi baş qaldırmamış deyil.
Fransa millisi isə 20 ildən sonra yenidən dünya çempionu olmaq istəyir. Fransızlar sonuncu dəfə 1998-ci ildə ev sahibliyi etdikləri mundialın qalibi olub. Fransa millisi “DÇ-2006″nın finalında uduzub, 1958 və 1986-cı illərdə bürünc medallara sahib çıxıb.
DÇ-2018
Final
15 iyul
19.00 Fransa – Xorvatiya
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (Argentina), Byörn Kuypers, Ervin Zeinstra (Hollandiya).
Moskva, “Lujniki” stadionu.