Türk hərbçisi PKK-ya qarşı əməliyyatda yaralandı

Türk hərbçisi PKK-ya qarşı əməliyyatda yaralandı

Türkiyənin Ərzurum vilayətinin Qarayazı bölgəsində PKK terrorçuları ilə ordu qüvvələri arasında atışma baş verib.

Atışma zamanı Türkiyə ordusunun hərbçisi yaralanıb.

Yaralı Ərzurumdakı xəstəxanaya çatdırılıb.

Ərazidə əməliyyat-axtarış tədbirləri başladılıb. (Axar.az)