Aktauda Xəzərin statusuna dair konvensiya imzalandı – VİDEO

Aktauda  Xəzərin statusuna dair konvensiya imzalandı – VİDEO

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başladı.

12:16

Aktau şəhərində Xəzəryanı ölkənin dövlət başçılarının sammitində iştirak edəcək qonaqların bir hissəsi artıq şəhərə gəlib. Tədbir Qazaxıstan Xalq Assambleyasında keçiriləcək.

10:59

Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçiriləcək. Sayca V sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, İran lideri Həsən Ruhani, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan lideri Qurbanqulı Berdıməhəmmədov iştirak edəcək.

Aktau şəhərinə ezam olunmuş REAL-ın xüsusi müxbiri Mir Şahin son məlumatları verir.

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammiti başa çatıb.

Tədbirin sonunda beş ölkə prezidenti tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Sənəd üzərində iş 1996-cı ildən aparılıb, Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.