Lavrov: ABŞ süni şəkildə buna mane olur

Lavrov: ABŞ süni şəkildə buna mane olur

Suriyanın infrastrukturunun bərpasında iştirakdan imtina etməklə ABŞ süni şəkildə qaçqınların öz ölkələrinə geri qayıtmasına əngəl olur.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Bir neçə gün öncə BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdü. Hətta Dövlət Departamenti görüşdən sonra bəyan etmişdi ki, Suriyanın bərpası ilə bağlı vaxtından əvvəl müzakirələrə başlamağa hazırdırlar”, – Lavrov bildirib. (Axar.az)